Xurma digər meyvələrlə müqayisədə yüksək kaloriyə və zəngin tərkibə malikdir. Orqanizmdə dəmiri artırır və həzmi asanlaşdırır. Lif və antioksidantla zəngin olan xurma iltihab və şiş xəstəlikləri kimi bir çox porblemlərlə mübarizədə təsirlidir.
Bəs 100 qram xurmanın tərkibində hansı faydalı maddələrin olduğundan xəbəriniz varmı?
Elə isə TurpKimi.com siyahını təqdim edir:
Kalorisi – 277 Kkal
Karbohidrat – 74,97 qr
Protein – 1,81 qr
Yağ – 0,15 qr
Diyet lifi – 6,7 qr
Kalsium – 64 mq
Kalium – 696 mq
Maqnezium – 0,296 mq
Manqan – 54 mq
Dəmir – 0,90 mq
B6 vitamini – 0,249 mq
K vitamini – 2,7 mq
A vitamini – 149 İU
Hər xurma təqribən 60-70 karbohidratdan ibarət olur və növündən asılı olaraq, yüksək miqdarda lifə malikdir. Bu da xurmanı sağlam enerji artırıcı edir. Bundan başqa, xurmada dəmir yüksək olduğu üçün qan azlığı ilə mübarizədə çox faydalıdır.
2008-ci ilin araşdırmasına görə, gündə 100 qram və ya təqribən 4 xurma yeyən insan orqanizmin mis, kalium, maqnezium və selenium kimi vacib minerallara günlük ehtiyacının 15 faizini təmin etmiş olur.