Rumıniyanın Şuçava şəhərindəki Böyük Ştefan adına Universitetin mütəxəssisləri koronavirusun Britaniya ştammının yeni variantını aşkar ediblər.
Qazilər.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
“Əsas narahatlıq E484K mutasiyasını ehtiva edən variantın peyvənd tərəfindən yaradılan antitellərə daha təsirli müqavimət göstərməsi və peyvəndin effektivliyini azaltmasıdır”, - məlumatda bildirilib.
Universitet analizlər götürmək üçün ölkənin 7 bölgəsi ilə əməkdaşlıq razılaşması imzalayıb.
Axar.az