Buğdanın insan sağlamlığına faydaları hələ ta qədimdən məlumdu. Lakin hansı formada yeyildikdə buğda insana daha faydalı ola bilər? Çünki buğdanın emalı zamanı keyfiyyəti 40 faiz itir.
Hələ ta qədimdən süfrələrimizin bəzəyi olan buğda qovurması indi bayramlarda belə çox az rast gəlinir. Halbuki faydasını oxuyandan sonra bayram gözləmədən ciblərinizə doldurub çərəzləyəcəksiniz.Lif və manqanla zəngin olan buğdanın tərkibinə nəzər yetirdikdə A, C, E, K, B6 və B12 vitaminləri, dəmir, kalsium, fosfor və çoxlu miqdarda kaliumla zəngindir.
Sağlamlığa faydaları haqda ərtaflı məlumat...
- Dəriyə faydası: bütün taxıl məhsulları olduqca dərinin sağlamlığına çox faydalıdır. Emal edilməmiş taxıl məhsulları dəri üçün lazım olan bütün maddələrlə zəngindir. Buğda isə selenium maddəsiylə zəngin olduğu üçün dəriyə müsbət təsir edir, onun elastikliyini artırır. Eyni zamanda buğda dərini günəşin zərərli şüalarından qoruyur. Tərkibindəki E vitamini və sink maddəsi isə dəriyə sağlam görünüş və parlaqlıq verir.Buğdadakı liflər üzdəki sivilcə və qara nöqtələrlə mübarizədə, toksinlərin dəridən təmizlənməsinə kömək edir. Bununla yanaşı, buğda dəri xərçənginin müxtəlif növlərinin yaranmasının qarşısını alır.
- Saçlara faydası: buğdanın tərkibi saçları qoruyan mineral və komponentlərlə zəngindir. Saç diblərini möhkəmləndirir, tərkibindəki sink saçlara sağlam görünüş bəxş edir. Saçda olan bir çox problemlərin aradan qaldırılmasına kömək edir.
- Bədənin sağlamlığını qoruyur: tərkibindəki B vitamini ilə bədənin bütün funksiyalarının sağlam bir şəkildə davam etməsini təmin edir.
- Həzm sisteminə faydaları: buğdadakı liflər həzm sistemi və bağırsaqlar üçün faydalıdır. Bağırsaqlarda hərəkətlilik yaradır və qəbzliyin yaranmasına səbəb olan maneələri aradan qaldırır.
- Ürəyə faydaları: mütəxəssislər kişilərin gündə 8 qram, qadınların isə 6 qram buğda yeməsini üəyin sağlamlığı üçün hədsiz faydalı olduğunu bildirir.
- Gözlər üçün: buğda E vitamini, sink və niasinlə zəngindir və gözdə yaranacaq katarakt riskini azaldır.
- Bədəni təmizləyir: qəbizliyin qarşısını aldığı kimi, bağırsaqlardakı hərəkətliliyi artıraraq toksinlərin sağlam şəkildə çıxarılmasını təmin edir və bədəni təmizləyir.
- Böyrəklərində daş və qum olanlar bundan faydalana bilər;
- Arıqlamağı asanlaşdırır: artıq çəkinin atılmasını asanlaşdırdığı üçün dieta saxlayan insanların əsas qidalarından biri olmalıdır. Çünki buğda sağlam və sürətli şəkildə çəki atmaq üçün metabolizmanı işləməyə vadar edir.
- Xərçəngin qarşısını alır: davamlı olaraq buğdadan istifadə xərçəngin müxtəlif növlərinə yaxalanma riskini azaldır.
- Ayaq tərləməsinin və ayaq qoxusunun qarşısını alır;
- Diabet xəstələrinə faydası: Buğda qanda şəkərin səviyyəsinin tarazlaşdırılmasına kömək edir.
- Beynin fəaliyyətini artırır;
- Yaddaşsızlıq kimi bir çox zehni xəstəliklərin qarşısını alır;
- Antiseptik özəlliyi sayəsində çox yaxşı bir mikrob öldürücüdür;
- Zehni sağlamlığı qoruyan buğda ruh sağlamlığının qorunmasını da təmin edir;
- Hüceyrələrin təzələnməsini təmin edərək yaşlanmanı gecikdirir və xərçəngə qarşı qoruyur.
- Buğdadakı B vitamini qadınlarda aybaşı öncəsi baş verən ağrıları azaldır;
Qovurğa üçün lazım olanlar:
- 1 stəkan buğda
- badam
- fındıq
- kətan toxumu
Hazırlanması:
Buğdanı əvvəlcədən təmizləyin, yumşalması üçün suda saxlayın, daha sonra zəif ocaqda qaynadın, bişirdikdən sonra süzün, istəyə görə suyuna duz, ya da şəkər tozu əlavə edə bilərsiz.
Bir tavanı isidin. Təmizlənmiş buğdanı orta temperaturda 7 dəqiqə boyunca qovurun. Daha sonra digər çərəzləri buğdaya qarışdıraraq qovurun. Buğdalar qızılı rəng aldıqdan sonra soyuması üçün geniş bir siniyə töküb soyudunTurpKimi.com