Gəncədə zibillikdən 19 yaşlı qızın meyiti tapılıb

Gəncədə zibillikdən 19 yaşlı qızın meyiti  tapılıb backend

Gəncə şəhərinin Cavad Xan qəsəbəsindəki zibillikdən qadın meyiti tapılıb.

Qazilər.az "Report"a istinadla xəbər verir ki, onun 2002-ci il təvəllüdlü Pərvin Musayeva olduğu müəyyənləşib.

Meytin üzərində aparılan araşdırmalar nəticəsində gənc qızın boğularaq qətlə yetirildiyi məlum olub.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qətldə şübhəli bilinən şəxs, qızın tanışı olan, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Qeyd edək ki, P.Musayeva bir aydan çoxdur itkin düşmüş şəxs kimi axtarışda olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Diaspora