Ağdam rayonunda 4 mülki şəxs - ata üç oğlu ilə birgə minaya düşüb.
Trend-in Qarabağ müxbirinin məlumatına görə, hadisə rayonun işğaldan azad edilən Yüsifcanlı kəndi ərazisində qeydə alınıb.Hadisə zamanı bir nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib. Onların Ağdamın Hacıqərvənd kənd sakinləri olduğu deyilir. Minaya düşənlər məcburi köçkünlərdir, həmin əraziyə icazəsiz səfər ediblər.
Faktla bağlı araşdırma aparılır.