Azərbaycanda kartdan pulu belə oğurlayırlar: əvvəl şəklini istəyir...

Azərbaycanda kartdan pulu belə oğurlayırlar: əvvəl şəklini istəyir... backend

Ölkədə vətəndaşların ödəniş kartlarından fırıldaq yolu ilə pul oğurlayanlar peyda olub.

Trend-ə müraciət edən vətəndaşlardan biri bildirib ki, dələduzlar müxtəlif satış saytları üzərindən bu addımı atırlar. Belə ki, vətəndaş hansısa məhsulu elan saytlarında satış edən zaman onun qeyd etdiyi nömərəyə mesaj gəlir və məhsul ilə maraqlanırlar.

Daha sonra məhsulu almaq istədiyini deyən dələduz onlayn şəkildə vətəndaşın kartına pul köçürə biləcəyini deyir. Növbəti mərhələdə isə onun kartının hər iki tərəfinin fotosunu istəyir. Lazım olan fotoları əldə etdikdən sonra, dələduz rahat şəkildə kartdan istifadə edə bilir.

Qeyd edək ki, alıcı ödəniş etmək üçün heç vaxt sizi hər hansısa sayta yönəltməməli və sizdən CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etməməlidir. Alıcının sizə ödəniş etməsi üçün sadəcə kart hesab nömrəsinin və ya cari hesab nömrəsinin təqdim edilməsi kifayət edir.

Sizə ödəniş etmək üçün başqa saytlara yönləndirən və ya zəruri olmayan (CVV/CVC) kart hesabı məlumatlarını tələb edən alıcılara bu məlumatları, həmçinin hər hansı təsdiqləmə kodlarını təqdim etməyin.

Xatırladaq ki, bu hal ilk dəfə deyil, ötən il də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu barədə vətəndaşlara çağırışlar etmişdir.
Diaspora