Goranboyda it öz sahibinə hücum etdi backend

Goranboyda it öz sahibinə hücum etdi

Goranboyda itdişləməsi faktı qeydə alınıb.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Rəhimli kəndində baş verib.

İtlə gəzintiyə çıxan 2006-cı il təvəllüdlü kənd sakini Vəliyev Nurlan Elnur oğlu gözlənilmədən öz itinin hücumuna məruz qalıb.

Hər iki ayağından və əlindən xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılıb. Zəruri tibbi yardım göstəriləndən sonra sakininin vəziyyəti stabilləşib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.