Bakıda bir yaşlı uşaq yanıb backend

Bakıda bir yaşlı uşaq yanıb

Bakının Sabunçu rayonunda azyaşlı yanıb.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib.

2020-ci il təvəllüdlü Mustafayev Nihad Rəşad oğlu valideyn nəzarətindən kənar çay termosuna toxunub. Termosda olan qaynar su azyaşlının üzərinə tökülüb.

Yanıq xəsarətləri alan N.Mustafayev 5 saylı yanıq mərkəzinə yerləşdirilib.