Bakıda dünən intihar etdiyi deyilən şagirdlərin – Mətanət Quliyeva və Əfruz Səmədovanın yaxınları danışıb.
Qazilər.az xəbər verir ki, Baku TV əməkdaşları Qobu qəsəbəsində olub, şagirdlərin valideynləri ilə hadisənin təfərrüatını öyrənməyə çalışıblar.Mərhum Mətanət Quliyevanın atası Elşən Quliyevin sözlərinə görə, qızlar selfi çəkdirirmiş:
“Onlar şəkil üçün ora çıxıblar. Biri sürüşüb, digəri də onu tutmaq istəyib. İkisi də yıxılıb. İntiharla bağlı heç bir dəlil yoxdur”.
E.Quliyev bildirib ki, üç övladı var. M.Quliyeva onun üçüncü övladı olub.
Bildirək ki, Əfruz Səmədova evin yeganə övladı olub. Onun valideynləri özlərini yaxşı hiss etmədikləri üçün danışmaq istəməyiblər.
Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Hadisəylə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Ətrafı süjeti təqdim edirik: