Bakıda uşaq arabasını oğurlayan qadın kameraya düşüdü backend

Bakıda uşaq arabasını oğurlayan qadın kameraya düşüdü

Bakıda qadın uşaq arabası oğurlayıb.

"Report"un məlumatına görə, hadisə Qardağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan qadın qəsəbənin Seymur Orucov küçəsi, bina 35 ünvanında qapının yanında saxlanılan uşaq arabasını götürərək oradan uzaqlaşıb.

Görüntülərdən məlum olur ki, qadın uşaq arabasını götürüb liftə minir, bir qədər sonra isə liftdən çıxaraq oranı tərk edir. Bundan başqa, qadın həmin ərazinin yaxınlığında yerləşən kafenin önündə daynaraq naməlum şəxslə danışır.



Zərərçəkən şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə uşaq arabasını oğurlayan şəxsin tapılması üçün ərizə ilə müraciət edib.