Sumqayıtdakı qatar qəzası barədə rəsmi açıqlama

Sumqayıtdakı qatar qəzası barədə rəsmi açıqlama backend

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən hadisə ilə bağlı açıqlama verib.

Qurumdan bildirilib ki, saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub. Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib.

"Hadisənin başvermə səbəbini müvafiq orqanlar aidiyyəti üzrə araşdırıb, hüquqi qiymət verəcək. ADY adından M.Abdullayevə Allahdan rəhmət, ailəsinə səbr diləyirik!", - deyə açıqlamada qeyd olunub.
Diaspora