İntihar edən məktəblilərin müəllimi DANIŞDI: "Biz də şokdayıq"

İntihar edən məktəblilərin müəllimi DANIŞDI: "Biz də şokdayıq" backend

Xəbər verdiyimiz kimi, dünən iki məktəbli qız Lökbatanda yerləşən hündürmərtəbəli binanın damına çıxaraq özlərini yerə atıblar. Bununla bağlı artıq cinayət işi başlanıb.

İntihar edən hər iki şagird Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olublar.

Təhsil müəssisəsindən Sfera.az-a verilən məlumata görə, hazırda hüquq-mühafizə orqanları məktəbdədir və məsələ araşdırılır.

"Əfruz və Mətanət hər ikisi yaxşı oxuyub, fəal , əlaçı şagird olublar. Onların istəyir müəllimlər, istəyir şagirdlərlə heç bir problemi yox idi. Biz özümüz də şokdayıq. Çünki uşaqlar ağlagəlməyən addım atıblar. Onlar bizim məktəbimizin gülü idi. Heç kim o uşaqların intihar edəcəyini gözləmirdi. Biz onları nə qədər sevirdik, əzizləyirdik. Onlayn da olsa, dərslərimizə qoşulurdular. Amma nə yazıq, belə oldu” -, deyə müəllimlərdən biri qeyd edib.

Qeyd edək ki, ötən gün intihar edən 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı hadisə yerində dünyasını dəyişib.
Diaspora