Bakıda şagirdlərin intiharı ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

Bakıda şagirdlərin intiharı ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ backend

Dünən Qaradağ rayonu Lökbatan qəsəbəsində iki məktəbli qızın intiharı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.


Hazırda iş üzrə intensiv istintaq hərəkətləri həyata keçirilir.
Diaspora