Bakıda birgə intihar edən qızlarla bağlı yeni detallar məlum olub.
BAKU.WS-in intihar edən qızlardan biri olan Əfruz Səmədovanın qohumlarından əldə etdiyi məlumata görə, qızlar Qobu qəsəbəsində təhsil alıblar. Əfruz evin tək qızı olub. Anasının adı Gülzar, atasının adı isə Raufdur. Hər iki qızın ailəsi kifayət qədər imkanlı olub.Əfruz istedadlı və dərslərini yaxşı oxuyan bir qız olub. O, Qobudakı Mədəniyyət Evindəki rəssamlıq məktəbinə gedib və rəsm dərsləri alıb. Ailəsi daim ona xüsusi qayğı ilə yanaşırmış.
Qeyd edək ki, bu gün intihar edən 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rauf qızı eyni sinifdə oxuyublar. Onlar Abşeron rayonu, Qobu qəsəbəsində yaşayıblar və həmin qəsəbənin məktəbində təhsil alıblar.
Hadisə bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız özlərini yerə atıblar. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.