Birgə intihar edən qızlar sinif yoldaşı olublar – TƏFƏRRÜAT

Birgə intihar edən qızlar sinif yoldaşı olublar – TƏFƏRRÜAT backend

Bakıda birgə intihar edən qızlarla bağlı detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onlar sinif yoldaşı olublar.

Belə ki, 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı eyni sinifdə oxuyublar. Onlar Abşeron rayonu, Qobu qəsəbəsində yaşayıblar və həmin qəsəbənin məktəbində təhsil alıblar.

M.Quliyevanın nənəsi Lökbatan qəsəbəsində yaşayır. Lakin onların intihar etdikləri binada heç bir yaxınları yoxdur.

Sinif yoldaşı olan qızların intihar səbəbi və niyə məhz həmin binanı seçmələrinin səbəbi məlum deyil.

İlkin məlumata görə, hadisə yerindən qızlardan birinin məktəb dəftəri aşkarlanıb. Onun dəftərdəki qeydlərindən depressiyada olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.
Diaspora