Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər - FOTO

Erməni qadınlar Paşinyanın təbrikini qəbul etmədilər - FOTO backend

Ermənistanın baş naziri Nikol Paşinyanın 8 mart təbriki erməni qadınlar tərəfindən birmənalı qarşılanmayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hökumətin rəsmi "Facebook" səhifəsində paylaşılan təbrik postuna çoxlu sayda neqativ şərhlər gəlib. Ən çox diqqət çəkən məqam müharibədə öldürülmüş əsgər analarının fikirləri olub.

Qarabağda ölmüş əsgər Mxitar Qaleyanın anası "mən təbrikləri qəbul etmirəm, oğlumun qatili", - deyə yazıb.

“Hakimiyyətdən get, Ermənistanı rahat burax. Bax, bu hamımıza bir hədiyyə olacaq”, - deyən erməni qadınlardan daha biri Paşinyanın təbrikinə etiraz edib.
Diaspora