Saray qəsəbəsində partlayış: xəsarət alanlar var

Saray qəsəbəsində partlayış: xəsarət alanlar var backend

Abşeron rayonunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.

Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.