Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - ölən və yaralananlar var backend

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - ölən və yaralananlar var

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

Qazilər.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

Faktla bağlı araşdırma aparılır.