“Bozqurdlar” İrəvanın mərkəzində: nə baş verir? - FOTO

“Bozqurdlar” İrəvanın mərkəzində: nə baş verir? - FOTO backend

İrəvanın mərkəzində “Bozqurd işarəsi” tutan şəxslərin fotosu Teleqram sosial şəbəkəsinin erməni seqmentnidə böyük qalmaqala səbəb olub.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, ermənilərdən bəziləri bu fotonun feyk olduğunu iddia etsə də, əksəriyyət Nikol Paşinyana qarşı bundan böyük kampaniya kimi istifadə edib.

Fotodakılardan birinin tanınmış türkiyəli ekspert Həsən Oqtay olduğu bizim də diqqətimizi çəkdi. Doğrudanmı Həsən Oqtay İrəvandadır?

Saytımıza açıqlama verən H.Oqtay fotonun həqiqi olduğunu və dörd il öncə çəkildiyini bildirib:

“Kafkassam” rəhbəri olaraq 20 ildir ki, Qafqazın müxtəlif ölkələrinə, o cümlədən, İrəvan, Bakı, Təbrizə intensiv səfərlər edirik. Bu foto da İrəvana 4 il öncəki səfərimiz zamanı çəkilib”.

O, niyə fotonun məhz indi üzə çıxarılmasının səbəbi olaraq deyib ki, ermənilər Paşinyanı Türkiyə ilə əməkdaşlıqda ittiham etməyə fürsət axtarırlar:

“Bu da həmin təbliğatın tərkib hissəsidir. Həmçinin, mənim də iştirakımla Türkiyə nümayəndə heyətinin İrəvandə yüksək rütbəli məmurlarla danışıqlarda iştirak etdiyini iddia edirlər. Bu yalan iddiaları irəli sürənlər bu fotonun 4 il öncə çəkildiyini bilsələr, onda Paşinyanla danışıqlar aparmadığımızı da “başa düşməlidirlər”.

Qeyd edək ki, artıq erməni mətbuatı, o cümlədən “Nyus.am” saytı “Bozqurdlar nə deməkdir? Türk millətçisi Həsən Oqtay kimdir?" başlıqlı yazılar dərc etməyə başlayıb.
Diaspora