Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevin qızı Dilay Musayevanın ölüm səbəbi məlum olub.
Bu barədə "Report"a onun yaxınları məlumat verib.Bildirilib ki, Türkiyədə yaşayan 20 yaşlı D.Musayeva beyin qansızmasından dünyasını dəyişib.
Həmçinin qeyd olunub ki, D.Musayevanın cənazəsi Azərbaycana gətirilib və bu gün Bakıda dəfn olunacaq.
10.20
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, professor Kamran Musayevə ağır itki üz verib.
Qaynarinfo xəbər verir ki, onun Türkiyədə ali təhsil alan 20 yaşlı qızı Dilay Musayeva qəfildən vəfat edib.
Mərkəzi Klinik Xəstəxanadan verilən məlumata görə, tanınmış həkimin qızı ürək tutmasından həyatını itirib.