Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir

Ermənistanda Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir backend

İrəvanın Baqramyan prospektində müxalifətin mitinqi keçirilir.

Qazilər.az-ın APA-ya istinadən məlumatına görə, müxalifət hərəkatının üzvü Gegham Manukyan aksiya iştirakçılarını parlament binasına arxa çevirməyə, bununla da "hərəkətsiz qurum"a münasibətlərini nümayiş etdirməyə çağırıb. Onun sözlərinə görə, vergi ödəyicilərinin hesabına maaş alan deputatlar vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün heç bir iş görmürlər.

Qafanda da Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirilib. Aksiya iştirakçıları bildiriblər ki, Paşinyan hökuməti ölkəni dərin bir böhrana və xaosa gətirib çıxarıb, dövlət idarəetmə sistemi işləmir.

İştirakçılar ölkənin sabitliyə və səmərəli işləyən bir dövlət sisteminə ehtiyacı olduğunu, bunun yalnız baş nazir və bütün komandasının istefaya getməsindən sonra ola biləcəyini bəyan ediblər.

Qeyd edək ki, İrəvanda müxalifətin aksiyaları fevralın 25-dən keçirilir. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.
Diaspora