Bir neçə gündür ki, Gürcüstanda Jozef Kaşanyan tərəfindən sosial şəbəkələrdə azərbaycanlıların böyük narahatlığına və narazılığına səbəb olan video yayılıb.
Belə ki, erməni tibb işçisi paylaşdığı videoda azərbaycanlıları təhqir edir.Baku TV-nin Gürcüstan bürosu məsələni araşdırıb.
Tibb müəssisəsinin rəhbəri Natia Nutsibidze bildirib ki, klinikaya gələn xəstələrə, eləcə də hər hansı bir insana qarşı hörmətsizlik edilməsi onlar tərəfindən qəbuledilməzdir: “Əməkdaşımızın paylaşdığı videodan xəbər tutan kimi dərhal onu sildirdik. Ötən gün həmin şəxs rəhbərlik tərəfindən ciddi töhmət alıb. Nizam-intizam komitəmiz tərəfindən barəsində qərarın verilməsi ilə bağlı müzakirələrimiz davam edir. Bizim üçün xəstəxana olaraq milliyyətindən, dinindən, irqindən asılı olmayaraq önəmli olan tək şey bizə müraciət edənlərin sağlamlığıdır”.