Oğuz rayonunda nəvə babasını döyərək ağır xəsarət yetirib.
Qazilər.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Tərkeş kəndində baş verib.Belə ki, bu gün axşam saatlarında kənd sakini, 1941-ci il təvəllüdlü Nəriman Bahar oğlu Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, 80 yaşlı Nəriman Kərimovu öz doğma nəvəsi, 30 yaşlı Orxan Dağlar oğlu Kərimov döyüb. Xəstəxanada ilkin tibbi yardım göstərilən babanın vəziyyəti ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisənin hansı səbəblərdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.