Bakıda saytın baş redaktorunu döydülər - DİN

Bakıda saytın baş redaktorunu döydülər - DİN backend

Ötən gün axşam saatlarında “hakimiyyet.az” saytının baş redaktoru Fuad Əliyev naməlum şəxslər tərəfindən döyülüb.

Qazilər.az APA-ya istinadla xəbər verir ki, F. Əliyev şəxsi avtomobili ilə Heydər Əliyev prospektində tanımadığı şəxslər tərəfindən saxlanılaraq hücuma məruz qalıb.

Nəticədə baş redaktor müxtəlif bədən xəsarətləri alıb, onun avtomobilinə isə ziyan dəyib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb, faktla bağlı araşdırma aparılır.
Diaspora