Türkiyə dənizçiləri arasında zəhərlənmə olub - ölən var

Türkiyə dənizçiləri arasında zəhərlənmə olub - ölən var backend

Kerç boğazında Türkiyə şirkətinə məxsus gəmidə baş vermiş qida zəhərlənməsi nəticəsində bu ölkənin bir vətəndaşı ölüb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Qeyd edilir ki, "April" gəmisinin komandasının səkkiz heyət üzvündən beşi həkimlərə müraciət edib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Gəmi pis hava şəraitinə görə "Qafqaz" limanına yan ala bilməyib.

Türkiyənin Moskvadakı səfirliyi məsələ ilə bağlı Rusiyanın müvafiq orqanları ilə əlaqədədədir.
Diaspora