Yerevanda fevralın 13-də 4,7 bal gücündə zəlzələ olub.
Qazilər.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:28-də baş verib. Zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri vahimələnərək küçəyə çıxıb.
Yeraltı təkanların ocağı 2 km dərinlikdə yerləşib. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub.
Hər hansı itki və ya fəsadlar barədə məlumat verilmir.