Bakıda dilənçilik edən "qazi" tutulub

Bakıda dilənçilik edən "qazi" tutulub backend

Paytaxtın Yasamal rayonunda qazi adı ilə dilənən şəxs saxlanılıb.

APA-nın xəbərinə görə, Vətən müharibəsində iştirak etdiyini deyən hərbi formalı şəxs qollarını bintlə bağlayaraq döyüşlərdə yaralandığını deyərək dələduzluqla məşğul olub.

Polis tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılaraq məsuliyyətə cəlb olunub.