Ermənistandakı zəlzələ Gürcüstanda hiss olunub

Ermənistandakı zəlzələ Gürcüstanda hiss olunub backend

Ermənistanda Gürcüstanla sərhədin 81 kilometrliyində 5,2 maqnitudalı zəlzələ baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Qeyd olunub ki, episentr Ermənistan-Azərbaycan sərhədi yaxınlığında qeydə alınıb.

Ermənistan ərazisində ardı-arda 3,8 və 4,2 bal gücündə daha iki zəlzələ də baş verib.

Hər üç zəlzələ Tbilisi də daxil olmaqla Gürcüstanda da hiss edilib.
Diaspora