Rusiyaya gedən ermənilər ac saxlanılaraq geri qaytarılıblar

Rusiyaya gedən ermənilər ac saxlanılaraq geri qaytarılıblar backend

Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb.

“Report” xəbər verir ki, bu barədə “Tert.am” bildirib.

Məlumata görə, bu, Ermənistandakı COVID-19 testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

"Moskvaya birinci reyslə yola düşdük, buraxılış məntəqəsində irəli getməyi qadağan etdilər, bildirildi ki, bizim COVID-19 testimiz qanunsuzdur, nəticədə bizi deportasiya etdilər. Soruşdum nə olub, cavab verdilər ki, mən Rusiya Federasiyasının sərhədini qanunsuz sənədlə keçməyə hazırlaşırdım. Bizi üç gün ac saxladılar, yalnız su içirdik", - Ermənistana deportasiya edilmiş vətəndaşlardan biri bildirib.

Rusiyaya deportasiya edilən Ermənistan vətəndaşı qeyd edib ki, onlar göndəriş məsələsini həll etməyi, həmçinin biletlərə xərclənmiş pulun geri qaytarılmasını tələb edirlər.
Diaspora