Kür çayında batan Vətən Müharibəsi iştirakçısı Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyi Kür çayında batan şəxsin meyitinin tapılması ilə bağlı məlumat yayıb.Nazirliyin Mətbuat Xidmətindən Qaziler.az-a verilən məlumatda bildirilir ki, 31 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Yusifov Səfxan Aydın oğlu və Sadıxbəyli Ramin Qaçay oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.