Hərbçi oğullarını görməyə tələsən valideynlər faciəvi şəkildə öldü

Hərbçi oğullarını görməyə tələsən valideynlər faciəvi şəkildə öldü backend

Hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görən ər və arvad dəm qazından boğularaq vəfat ediblər.

Qazilər.az xəbər verir ki, Qusar rayonunun Qayakənd yaşayış məntəqəsində faciə baş verib.

Qayakənd sakinləri olan ər və arvad dəm qazından boğularaq dünyadan köçüblər. Hadisə yanvarın 28-dən 29-na keçən gecə baş verib.

Qayakənd sakini, 53 yaşlı Nail Hacıbala oğlu Məmmədov və həyat yoldaşı, 44 yaşlı Kəmalə Şıxnəbi qızı Məmmədova yaşadıqları evin hamamında çimərkən dəm qazından boğulublar.

Ər-arvadın cansız bədənlərini axşam saatlarında işlədiyi mağazadan evə gələn qızları Elvina Məmmədova görüb və tez qohumlarına və polisə məlumat verib.

Hadisə yerində işləyən hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın dəm qazından boğularaq öldükləri qənaətinə gəliblər.

Qeyd edək ki, Məmmədovlar hərbi xidmətdə olan oğullarının yanına getmək üçün hazırlıq görürlərmiş. Bu gün oğullarının yanına gedəcəklərmiş.

Modern.az
Diaspora