ANAMA-nın əməkdaşı minaya düşüb

ANAMA-nın əməkdaşı minaya düşüb backend

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı minaya düşüb.

Qazilər.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, Agentliyin Təmizləmə Qrupunun Bölmə rəhbəri, 04 iyul 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu işğaldan azad olunmuş Ağdam rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Nəticədə Mirzəyev Elməddin Tofiq oğlunun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunmuş və çox saylı qəlpə yarası alıb.

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Ağdam rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
Diaspora