Son sutka ərzində Ermənistandan daha 129 nəfər Azərbaycanın Qarabağ bölgəsinə, rus sülhməramlılarının məsuliyyət zonasında yerləşən Xankəndiyə gətirilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.Bununla da 14 noyabr 2020-ci ildən Xankəndiyə gətirilən ermənilərin sayı 51.537 nəfərə çatıb.
Rus sülhməramlıları ermənilərin təhlükəsiz gətirilməsi, yerləşdirilməsi və onlara humanitar yardımın göstərilməsini təmin edib.