Ermənilər daha 65 nəfərin öldüyünü etiraf etdi

Ermənilər daha 65 nəfərin öldüyünü etiraf etdi backend

Ermənilər İkinci Qarabağ müharibəsində məhv edilən daha 65 separatçını etiraf edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağdakı qondarma rejim açıqlayıb.

Açıqlanan siyahıda ən gənc 2002, ən yaşlı isə 1961-ci il doğumludur.

Beləliklə, erməni tərəfinin İkinci Qarabağ müharibəsindəki itkiləri 3 600-ü ötüb.
Diaspora