Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur

Xırdalanda dağıntılar altında daha bir uşağın qaldığı ehtimal olunur backend

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq FHN-dən bildirilib.

Bildirilib ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan azyaşlının xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə cəsədi çıxarılıb.

Qeyd edək ki, indiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub, daha bir nəfərin isə cəsədi çıxarılıb.
Diaspora