Bir neçə gün əvvəl Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış gəmidə həyatını itirən azərbaycanlı dənizçi Qabona gətirilib.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.O bildirib ki, yaxın günlərdə onun cənazəsi Azərbaycana yola salınacaq:
"Hazırda 15 vətəndaşımız qaçırılmış vəziyyətdədir. Gəmi limana yan alıb. Dəniz quldurlarından hələ ki, xəbər alınmayıb. Həyatını itirmiş azərbaycanlı qardaşımız yaxın günlərdə Azərbaycana yola salınacaq".