Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi backend

Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasına güllə keçirməyən jilet geyinərək gəlib.

Trend-in məlumatına görə, Paşinyanın bu addımı isə sosial mediada erməni jurnalistlər və ictimaiyyət tərəfindən bir mənalı qarşılanmayıb. Parlamentə güllə keçirməyən jilet geyinərək gəlməyi qorxaqlıq adlandıran erməni bloger və jurnalistlər baş naziri qorxaq adlandırıblar.

Qeyd edək ki, erməni müxalifətçilər və politoloqlar müxtəlif açıqlamalarında Ermənistanda xaosun hökm sürdüyünü və bunun da günahkarının Paşinyan olduğuna görə həyatının təhlükədə olduğunu bildirirdilər.
Diaspora