“Sədərək” Ticarət Mərkəzində qəribə oğurluq hadisəsi baş verib.
Hadisə bu il yanvarın 14-də “Sədərək” Ticarət Mərkəzində yerləşən mağazaların birində qeydə alınıb.Belə ki, mağazaya müştəri qismində daxil olan şəxs satıcının başının qarışmasından istifadə edərək, stolun siyirtməsindən pulları götürüb ərazidən uzaqlaşıb.
Oğurluq anbaan müşahidə kamerasına düşüb.
Daha sonra hadisə barədə mağaza sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.