Bakının Nizami rayonunda 15 yaşlı Məmmədov Elvin Elçin oğlu itkin düşüb.
Qazilər.az bildirir ki, bu barədə “Report”a onun atası Elçin Məmmədov bildirib. O, qeyd edib ki, Elvin Məmmədov yanvarın 11-də saat 17 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.Yeniyetmə “Qara Qarayev” metrostansiyasının yaxınlığında itib. E.Məmmədovun əqli cəhətdən çatışmazlığı var. Onun eşitmə qabiliyyətində də problemlər mövcuddur.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Onu görənlərdən 070 997 53 52 telefon nömrəsinə zəng etmələri xahiş olunur.