Paşinyana Moskvada xoşagəlməz sürpriz: Belə qarşıladılar

Paşinyana Moskvada xoşagəlməz sürpriz: Belə qarşıladılar backend

Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Paşinyanla üçtərəfli danışıqlar baş tutacaq. Dövlət başçıları artıq Rusiyadadır.

Maraqlısı odur ki, öz ölkəsində etirazçıların mühasirəsini çətinliklə yarıb aeroporta, oradan da Moskvaya getməyi bacaran Paşinyan Moskvada da xoşagəlməz sürprizlə qarşılaşıb.

Belə ki, Rusiyada yaşayan ermənilər məğlub Ermənistanın baş naziri Paşinyanı "Xalq bizik! Dayan, Nikol. Biz də etiraz edirik! Dayan, Nikol!", şüarlı plakatlarla qarşılayıblar.

Paşinyandan narazı ermənilər mitinq etmək üçün artıq Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında toplaşıblar. Hazırda səfirlik Rusiya polisi tərəfindən mühasirəyə alınıb.

Diaspora