Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Modern.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, cəsədlər Zəngilan rayonu ərazisində aşkar edilib.Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.