Daha bir Vətən Müharibəsi qazisi intihar etdi - FOTO

Daha bir Vətən Müharibəsi qazisi intihar etdi - FOTO backend

Vətən Müharibəsi qazisi Yunis Mənsurov yanvar ayının 7-də intihar edib.

Bu barədə qazinin yaxınları məlumat verib. Bildirilib ki, əslən Xızı rayonundan olan 24 yaşlı Yunis Abşeron rayon Sulutəpə qəsəbəsində yaşayırmış. Döyüşlər başlayan zaman o, könüllü şəkildə cəbhəyə yollanıb və torpaqlarımızın işğaldan azad olunmasında aktiv iştirak edib. Dekabr ayının 30-u isə tərxis olunub və ailəsinin yanına qayıdıb.

Yaxınları bildirirlər ki, onun hansı səbəbdən intihar etməsi məlum deyil.

Qeyd edək ki, yanvarın 6-da İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayev də Bakıda müalicə aldığı hərbi hospitalda intihar etmişdi və bu, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. /Yeniavaz.com

Diaspora