9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb.
Qazilər.az Publika.az-a istinadən xəbər verir ki, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib.Qeyd edək ki, olaydan sonra Azərbaycan Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu.