Ermənilər Hadrut və Cəbrayıldan 20 meyit yığdılar

Ermənilər Hadrut və Cəbrayıldan 20 meyit yığdılar backend

Ermənilər Qarabağdakı döyüş meydanından cəsədlərin axtarışlarını davam etdirir.

Musavat.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 3-də Hadrut və Cəbrayıl rayonları ərazisində daha 19 hərbçi və 1 mülki şəxsin meyiti tapılıb.

Qarabağdakı qondarma qurumun “təmsilçisi” Unan Tadevosyan deyib ki, mülki şəxs kişi cinsindəndir, onunla bağlı məhkəmə-tibb ekspertizası aparılacaq. Hərbçilərin meyitləri isə döyüş mövqeyində aşkarlanıb.

Tadevosyan deyib ki, bu günədək 1175 nəfərin meyiti aşkarlanıb. Hazırda axtarış prosesi Hadrut və Cəbrayıl istiqamətində davam etdirilir.
Diaspora