Daha bir Ağdam sakini itkin düşüb

Daha bir Ağdam sakini itkin düşüb backend

İtkin düşən 54 yaşlı Ağdam sakini axtarılır.

Qazilər.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Ağdam rayonunun Bənövşələr qəsəbəsində yaşayan 54 yaşlı Ehtibar Rzayev 12 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinin (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Diaspora