Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Almaz Mustafayeva vəfat edib.
Qazilər.az xəbər verir ki, bu barədə APA-ya teatın mətbuat xidmətinin rəhbəri Pərvin Nurullayeva məlumat verib.O, aktirsanın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini bildirib.
A.Mustafayeva bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.
“Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktrisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.
Allah rəhmət eləsin!