Ermənistan paytaxtı İrəvanın mərkəzindəki Bağramyan prospektini bağlayaraq, müharibə zamanı itkin düşmüş hərbi qulluqçularla bağlı problemin həll edilməsi tələbini irəli sürən bir qrup vətəndaş ölkənin baş naziri Nikol Paşinyanla görüşmək üçün razılığa gələrək aksiyanı dayandırıb.
APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.“Prospekti açacağıq, bizim baş nazirlə görüşümüz olacaq”, - deyə etirazçılardan biri ətrafdakı jurnalistlərə bildirib.