Azərbaycanda virusdan ölən 12 nəfərin meyiti dəyişik düşüb? - AÇIQLAMA

Azərbaycanda virusdan ölən 12 nəfərin meyiti dəyişik düşüb? - AÇIQLAMA backend

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirusdan ölən 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı iddialara münasibət bildirib.

Qazilər.az-ın məlumatına görə qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış “Report”a açıqlamasında deyib ki, TƏBİB ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicə ilə məşğul olur.

O qeyd edib ki, xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir: “Sözügedən quruma isə TƏBİB nəzarət etmir”.
Diaspora