Sosial şəbəkələrdə Sumqayıt şəhərində Yeni il hazırlığı ilə bağlı fotolar yayılıb.
Trend-in məlumatına görə, sözügedən fotoların birində Yeni il yolkasının quraşdırılması və bir müddət sonra onun ərazidən götürülməsi əks olunub.Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətindən Trend-ə bildirib ki, şəhərin bəzədilməsi ilə bağlı hər hansı qərar qəbul olunmayıb:
"Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bəzədilməsi ilə bağlı hər hansı bir qərar qəbul olunmayıb. Ümumi hazırlıq işləri həyata keçirilir, lakin yekun qərar gələn həftə veriləcək".

