Növbəti savaşa Nikolla getmək istəmirik – Ermənistanda aksiya

Növbəti savaşa Nikolla getmək istəmirik – Ermənistanda aksiya backend

Şirak vilayətində bu gün etirazçılar Gümrü-Bavra yolunu bağlayıb.

Qazilər.az Axar.az-a istinadla xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

Etirazçılar bildiriblər ki, növbəti müharibəni satqınla aparmaq istəmirlər:

“Növbəti müharibədə düşmənin hədəfi artıq Zəngəzur (Sünik), Göyçə (Sevan) və İrəvandır”, - Daşnak Partiyasının üzvü Karen Qalstyan deyib.

Etirazçılar aksiyaların davamlı olacağını qeyd ediblər.

Bir müddətdən sonra gələn polislər yolu etirazçılardan təmizləyib.
Diaspora